İordaniya Kralı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

İordaniya Kralı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib Bakı. 22 yanvar. REPORT.AZ/ İordaniya Kralı II Abdullahın dəvəti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti Əmman şəhərinə səfər edib.
Diaspor
22 Yanvar , 2018 18:56
İordaniya Kralı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Bakı. 22 yanvar. REPORT.AZ/ İordaniya Kralı II Abdullahın dəvəti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti Əmman şəhərinə səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, nümayəndə heyətində Ukraynanın və Bolqarıstanın sabiq prezidentləri Viktor Yuşenko və Petar Stoyanov, Misirin İsgəndəriyyə Kitabxanasının sabiq direktoru, NGBM-nin həmsədri İsmayıl Serageldin, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın, Xorvatiyanın və Latviyanın sabiq prezidentləri Boris Tadiç, İvo Yosipoviç və Valdis Zatlers, Bosniya və Herseqovinanın, Çexiyanın sabiq Baş nazirləri Zlatko Laqumciya və Jan Fişer, “Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə Şurasının sədri Katerina Yuşenko və digər nüfuzlu siyasi xadimlər təmsil olunub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin İordaniyaya səfəri ilə eyni tarixə təsadüf edən görüş zamanı bölgədəki hadisələr, xüsusilə də İsrail-Fələstin münaqişəsi və Qüdsə dair məsələlər müzakirə edilib.

Kral II Abdullah bölgədə ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədilə İsrail-Fələstin sülh prosesini canlandırmaq üçün səyləri artırmağa çağırıb. O deyib ki, Qüds məsələsi yekun status və beynəlxalq qanunlar, BMT-nin müvafiq qətnamələri əsasında əldə olunmuş sülh sazişi çərçivəsində həll edilməlidir. Kral II Abdullah Fələstin məsələsi həll olunmadan bölgədə sülh və sabitliyin olmayacağını vurğulayıb. Görüşdə bölgədə böhran, terrorizmlə mübarizədə göstərilən səylər, Suriya qaçqınlarının yerləşdirilməsi ilə bağlı İordaniyanın üzləşdiyi çətinliklər də müzakirə olunub.

İsmail Serageldin NGBM haqqında və onun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən layihələr barədə Kral II Abdullaha məlumat verib. Bildirib ki, NGBM son dövrlərdə beynəlxalq əlaqələrini daha da genişləndirir, dünya miqyasında tanınan nüfuzlu təşkilatlarla, aparıcı dövlətlərlə əməkdaşlığın qurulması və inkişafı sahəsində fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi