İlhan Aşkın: "Overeysel vilayət məhkəməsi ermənilərdən üzr istəməyimi tələb edir"

İlhan Aşkın: "Overeysel vilayət məhkəməsi ermənilərdən üzr istəməyimi tələb edir" Məhkəmə martın 17-ə təyin edilib
Diaspor
9 Mart , 2017 15:27
İlhan Aşkın: Overeysel vilayət məhkəməsi ermənilərdən üzr istəməyimi tələb edir

Bakı. 9 mart. REPORT.AZ/ Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın martın 17-də yenidən məhkəmə qarşısına çıxacaq.

Bu barədə “Report”a İ.Aşkın özü məlumat verib.

O bildirib ki, martın 3-də Hollandiyanın Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsi onun ermənilərdən üzr istəməyini tələb edib: “Əks təqdirdə, Niderland Cinayət Məcəlləsinin 137d maddəsinə görə, mənə 2 ilə qədər həbs və ya ictimai işlərə cəlb olunmaq cəzası verilə bilər. 2014-cü ildə mən demişdim ki, “Qarabağ ermənilərə məzar olacaq”, elə də oldu. 2016-cı ildə aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri düşmənin kəşfiyyat-təxribat qrupunun qarşısını alarkən yüzlərlə erməni hərbi qulluqçusunu və döyüş texnikasını məhv etdi. Mənim dediyim söz öz təsdiqini tapdı. Qarabağ yüzlərlə erməniyə məzar oldu. İndi mən niyə üzr istəməliyəm? Ermənilər mənim vətənimdə törətdikləri hansı terror aktına, soyqırım faciəsinə görə üzr istəyiblər? Onların Qarabağda törətdikləri vəhşiliklər dünya ictimaiyyətinə məlumdu. Mən hakimin qərarını gözləyirəm. Əgər mənə 1 gün də olsa ictimai işə cəlb edilmək cəzası verilərsə, Ali Məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır. 2013-cü ildən vilayət məhkəməsinə rəhbərlik edən T.Avedisyan Rotterdam şəhərində, heç bir qarışığı olmayan erməni ailəsində anadan olub və hazırda orada yaşayır. Niderlandın Erasmus Universitetini bitirəndən sonra o, 1999-cu ildə Rotterdam məhkəməsində fəaliyyətə başlayıb. 2007-ci ildən Haarlem şəhərində cinayət məhkəməsinin sədri olub.

Xatırladaq ki, hazırda ermənilərin təzyiqi və təxribatları ilə üz-üzə qalan İlhan Aşkın 25 ildən çoxdur Hollandiyada, bütün Avropada Azərbaycanın haqq işi uğrunda mübarizə aparır, Azərbaycan, Qarabağ həqiqətlərini təbliğ edir, erməni saxtakarlıqlarına qarşı fədakarlıqla mücadilə edir. Onun rəhbərliyi ilə Azərbaycan-Türk Kültür Dərnəyi 2007-ci ildə Xocalı şəhidləri üçün Hollandiyada abidə ucaldıb, Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib.

Son xəbərlər

Orphus sistemi