Hollandiyada yaşayan soydaşımız yerli musiqi təşkilatından təşəkkür məktubu alıb

Hollandiyada yaşayan soydaşımız yerli musiqi təşkilatından təşəkkür məktubu alıb Məktub iki ölkənin mədəniyyətləri arasında körpü yarardılması istiqamətindəki fəaliyyətinə görə ünvanlanıb
Diaspor
3 May , 2017 17:31
Hollandiyada yaşayan soydaşımız yerli musiqi təşkilatından təşəkkür məktubu alıb

Bakı. 3 may. REPORT.AZ/ Niderland Krallığının Omroep Orkestr və Xor Təşkilatı bu ölkədə yaşayan soydaşımız, musiqiçi Firəngiz Bağırovaya “Təşəkkür məktubu” göndərib. 

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Məlumatda bildirilib ki, məktub F.Bağırovanın Azərbaycan mədəniyyətinin və musiqisinin Hollandiyada təbliği və iki ölkənin mədəniyyətləri arasında körpü yarardılması istiqamətindəki fəaliyyətinə görə ünvanlanıb.

F.Bağırova bu il Omroep Orkestr və Xor Təşkilatı ilə birgə üç ay ərzində azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin hazırlanmasında yaxından iştirak edib. O, əsasən, xor kapellasının və solistlərin ifasında səslənən əsərdə Azərbaycan sözlərinin düzgün tələffüzü üzərində işləyib. Təsadüfi deyil ki, layihənin meneceri Rene Meulenberq F.Bağırovanın əməyini yüksək qiymətləndirərək bildirib ki, xorun ifasında səslənən sözlərin düzgün tələffüz edilməsi, intonasiyanın doğruluğu çox ağır, böyük zəhmət tələb edən bir işdir: “Məhz Firəngiz Bağırovanın əməyi sayəsində, biz konsertin təşkilinə ayrılan vaxt ərzində xorun ifasında səslənən sözlərin düzgün tələffüzünə nail olduq ki, bu da dil daşıyıcısının tələffüzündən demək olar heç nə ilə fərqlənmir. Firəngiz Bağırova öz sahəsini gözəl bilən peşəkar, dəqiq insan və gözəl Azərbaycan xanımıdır. Onunla işləmək insana böyük zövq verir.”

Qeyd edək ki, 10 ildən çoxdur Niderland Krallığında yaşayan soydaşımız Firəngiz Bağırova burada musiqi sahəsində çalışmaqla yanaşı, həm də fəal diaspor nümayəndəsidir. Onun rəhbərlik etdiyi “Odlar Yurdu” Cəmiyyəti Azərbaycan mədəniyyətini, incəsənətini Hollandiyada təbliğ edir. Özü isə musiqiçi kimi Niderland Krallığında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramlarının və digər layihələrin uğurlu keçməsinə nail olub. 

Son xəbərlər

Orphus sistemi