Tiflisdə Heydər Əliyevin xatirəsi anılıb

Tiflisdə Heydər Əliyevin xatirəsi anılıb Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub
Diaspor
12 Dekabr , 2014 15:01
Tiflisdə Heydər Əliyevin xatirəsi anılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Fətəli Axundov adına Mədəniyyət Muzeyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Xatirə gecəsində ulu öndərin keçdiyi həyat yolu, fəaliyyəti, Azərbaycan dövləti qarşısında göstərdiyi xidmətlər və Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsindəki rolundan danışılıb. 

"Report" xəbər verir ki, anım gününə həsr olunan tədbiri Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov açaraq, Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və azərbaycançılıq ideyaları uğrunda mübarizəsindən söhbət açıb.

Tədbirdə Tbilisi Texniki Universitetinin professoru, akademik Quram Qvenadze, professorlar David Qununaşvili, İvane Ocaidze çıxış edərək, Gürcüstan-Azərbaycan dostluğundan, Heydər Əliyevin Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsindəki rolundan, onun müstəqil Azərbaycan siyasətindən, Gürcüstandan keçən beynəlxalq layihələrdən və Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsindən danışıblar. 

Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və kitablar da nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi