Ulyanovskda Heydər Əliyevin adını daşıyan orta məktəbdə ümummilli liderin xatirə lövhəsinin açılışı olub

Ulyanovskda Heydər Əliyevin adını daşıyan orta məktəbdə ümummilli liderin xatirə lövhəsinin açılışı olub "Bu, dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək"
Diaspor
1 İyun , 2015 13:15
Ulyanovskda Heydər Əliyevin adını daşıyan orta məktəbdə ümummilli liderin xatirə lövhəsinin açılışı olub

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının Ulyanovsk şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan 78 saylı məktəbdə ulu öndərin xatirə lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Ulyanovsk şəhərinin rəhbərliyi və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Ulyanovsk vilayətinin Milli siyasət departamentinin rəhbəri, Ulyanovsk Qubernatoru Sergey Mironov məktəbə Heydər Əliyevin adının verilməsini təqdirəlayiq hal adlandırıb və bu münasibətlə ÜAK-ın yerli nümayəndəliyinin üzvlərini və 78 saylı məktəbin kollektivini təbrik edib. Şəhər qubernatoru bildirib ki, Azərbaycan xalqının ümummulli lideri Heydər Əliyevin adının bu məktəbə verilməsi dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.

ÜAK-ın Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynova isə müəllim və şagirdləri təbrik etdikdən sonra ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərdən bəhs edib. Ümummilli lider Heydər Əliyevin 1977-ci ildə Ulyanovskda Nəriman Nərimanovun heykəlinin açlışında iştirakını, 1983-cü ildə isə Ulyanovskda baş vermiş qatar qəzasını araşdıran komissiyaya məhz ulu öndərin rəhbərlik etdiyini xatırladan diaspor rəhbəri iki ölkə arasında mövcud olmuş dostluq münasibətlərinin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb. İslam Hüseynov 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Ulyanovskun bir sıra abidələrində rekonstruksiya işlərinin aparılmasını bu münasibətlərin göstəricisi olduğunu qeyd edib.

78 saylı məktəbin direktoru Gennadi Çarev bildirib ki, təhsil ocağına Azərbaycan xalqının milli lideri Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir: "Bu hadisə məktəbin müəllim, şagird heyətini daha məsuliyyətli olmağa ilhamlandıracaq".

Çıxışlardan sonra şagirdlər Azərbaycan haqqında şeirlər səsləndirib, Azərbaycan milli rəqslərini ifa ediblər. Sonda ulu öndər Heydər Əliyevin adının əks olunduğu löhvənin açılışı olub və lövhənin önünə tər çiçəklər düzülüb.

Son xəbərlər

Orphus sistemi