Yuxarı

Gürcüstanın Təhsil Nazirliyi Azərbaycan hökumətinə təşəkkür edib

​Gürcüstanın Təhsil Nazirliyi Azərbaycan hökumətinə təşəkkür edib

"Azərbaycanın Təhsil Nazirliyinə Gürcüstana göndərdiyi dərsliklərə görə təşəkkür edirik".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xandulişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin dəstəyi ilə Gürcüstandakı Azərbaycandilli məktəblərin şagirdləri yeni və müasir tərtibatda olan "Azərbaycan" və "Ədəbiyyat" dərslikləri ilə təmin olunur.

Departament rəhbəri qeyd edib ki, yeni dərs ili başlayana qədər nazirlik dərs vəsaitlərini məktəblərə çatdıracaq.

K.Xandulişvili bildirib ki, Azərbaycandan hər il göndərilən dərs vəsaitlərinin sayı məktəblərin ehtiyaclarının qiymətləndirilməsindən sonra müəyyənləşən kvotaya uyğun olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi