Yuxarı

Gürcüstanın hakim partiyası azərbaycanlıların yaşadığı rayonun icra başçısı vəzifəsinə namizədini açıqlayıb

Gürcüstanın hakim partiyası azərbaycanlıların yaşadığı rayonun icra başçısı vəzifəsinə namizədini açıqlayıb

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədinin adını açıqlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu vəzifəyə Zaur Darğallının namizədliyi irəli sürülüb.

Z.Darğallı hazırda Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernator müavinidir.

Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin may ayında keçiriləcək.

Qeyd edək ki, Marneuli rayonunun sabiq başçısı Temur Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi