Yuxarı
    Bağlamaq

    Gürcüstanın Bolnisi rayonunda Novruz bayramı qeyd olunub - FOTO

    Şənliyə toplaşanlar at yarışlarına, kosa və keçəlin məzəli tamaşalarına, rəqslərə baxıblar

    Tbilisi. 20 mart.REPORT.AZ/Novruz bayramı qonşu Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə də böyük sevinc və coşqu ilə qeyd olunub.

    Martın 20-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kənd bir saylı məktəbində Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirilib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, şənliyə toplaşanlar at yarışlarına, kosa və keçəlin məzəli tamaşalarına, rəqslərə baxıblar. Aşıqlar və incəsənət ustaları xalq mahnılarını ifa ediblər.

    Rayonun ayrı-ayrı kəndlərindən gəlmiş azərbaycanlılar Novruz süfrələri açıblar.

    Kəpənəkçi kənd icra nümayəndəsi Tengiz Göyüşov tədbiri açdıqdan sonra Azərbaycanın Gürcüstandakı səfirinin birinci katibi Elçin Məmmədov, Bolnisi rayon İcra Hakimiyyətinin başçısı David Şerezadişvili, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani və başqaları çıxış edərək insanları təbrik edib, Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb, milli bayramlarımızın birlikdə qeyd olunmasını qürur hissi ilə vurğulayıblar.

    Tədbirdə Bolnisi rayonunun rəhbər vəzifəli şəxsləri, qonşu kəndlərin sakinləri iştirak ediblər.

    Rayon rəsmiləri və qonaqlar Novruz bayramı münasibətilə açılmış süfrədə Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi