Yuxarı

Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb

Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb

Tbilisi. 18 oktyabr. REPORT.AZ/ Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 12-də yaşadığı evindən oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, beş gün davam edən axtarışlardan sonra H.M. adlı qız Marneuli rayonunun Candar kəndində aşkarlanıb. Gəncin sağlamlıq durumunda hər hansı bir problemin olmadığı qeyd olunub.

Hazırda qız psixoloqların nəzarəti altındadır.

Faktla bağlı istintaq təbdirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi