Gürcüstanda güclü külək və dolu azərbaycanlılara ziyan vurub

Gürcüstanda güclü külək və dolu azərbaycanlılara ziyan vurub Güclü külək və dolu Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun bir neçə kəndində problemlər yaradıb.
Diaspor
1 Avqust , 2019 17:02
Gürcüstanda güclü külək və dolu azərbaycanlılara ziyan vurub

Güclü külək və dolu Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun bir neçə kəndində problemlər yaradıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayonun icra başçısının birinci müavini Buba Qobecişvili və İnfrastruktur departamentinin rəhbəri Konstantin Kordzadze ilə birgə Xatisopeli, Mamxuti (Saraçlı) və Talaver (Faxrali) kəndlərində yaranan vəziyyətlə tanış olublar.

Təbii fəlakət Xatisopeli və Talaver kəndlərindəki yaşayış evlərinin dam örtüklərinə, Mamxuti kəndində isə əkin sahələrinə ciddi ziyan vurub.

Hazırda güclü külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın rəyindən sonra əhaliyə müvafiq yardım göstəriləcək.

Son xəbərlər

Orphus sistemi