Yuxarı

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin sakinləri etiraz aksiyası keçirib

​Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin sakinləri etiraz aksiya

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda etiraz aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bələdiyyə binasının qarşısında baş tutan aksiyada İmir kənd sakinləri iştirak ediblər.

Sakinlər ötən gün güclü dolu nəticəsində İmir kəndinə dəyən ziyanın aradan qaldırlmasını tələb ediblər. Onların sözlərinə görə, bu gün doludan ziyan görən bəzi kəndlərə yardım göndərilsə də, İmir kəndi diqqətdən kənarda qalıb.

Bələdiyyə binası önünə gələn Marneuli rayon rəhbəri Zaur Darğallı, deputatlar Ruslan HacıyevTamaz Naveriani sakinlərə İmir kəndindəki vəziyyətdən xəbərdar olduqlarını deyiblər. Onlar bildiriblər ki, dolunun Marneuli rayonunda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb və yaxın zamanlarda İmir kəndinə də müvafiq yardım göstəriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi