Yuxarı

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədəki problemlərin həlli üzrə plan hazırlanacaq

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədəki problemlərin həlli üzrə plan hazırlanacaq

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində mövcud hər bir problemin tam aradan qaldırılması üzrə plan hazırlanacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bölgənin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bölgə rəhbərliyi problemlərin tez bir zamanda həll olunmasına çalışacaq: “Vaxt məhdudiyyəti olduğundan bölgə əhalisini narahat edən məsələlər maksimum operativ olaraq aradan qaldırılacaq”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Qaxaria sentyabrın 13-də bölgə qubernatorları ilə görüş keçirib. Hökumət başçısı qubernatorlara bölgələrdə mövcud problemlərin həlli istiqamətində konkret fəaliyyət planı hazırlamağı tapşırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi