Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə yeni müəssisələr tikiləcək

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə yeni müəssisələr tikiləcək Tbilisi. 7 mart. REPORT.AZ/ Bu il Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində süd emalı zavodları inşa olunacaq.
Diaspor
7 Mart , 2019 15:40
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə yeni müəssisələr tikiləcək

Tbilisi. 7 mart. REPORT.AZ/ Bu il Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində süd emalı zavodları inşa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, müəssisələr bölgənin Dmanisi və Tsalka rayonlarında dövlət proqramı çərçivəsində tikiləcək: “Müəssisələrin gücü sutkada 10 tona bərabər olacaq. İnşa olunacaq zavodlar dövlət proqramının tələblərinə cavab verən kənd təsərrüfatı kooperativlərinə güzəştli qiymətə satılacaq”.

Son xəbərlər

Orphus sistemi