Gürcüstanda azərbaycanlıların inteqrasiyası ilə bağlı görülmüş işlərin hesabatı təqdim olunub

Gürcüstanda azərbaycanlıların inteqrasiyası ilə bağlı görülmüş işlərin hesabatı təqdim olunub Tbilisi. 20 fevral. REPORT.AZ/ Tbilisidə Gürcüstanın Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Diaspor
20 Fevral , 2019 18:27
Gürcüstanda azərbaycanlıların inteqrasiyası ilə bağlı görülmüş işlərin hesabatı təqdim olunub

Tbilisi. 20 fevral. REPORT.AZ/ Tbilisidə Gürcüstanın Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, illik hesabatda ötən il Gürcüstanda yaşayan milli azlıqların ölkənin vətəndaş cəmiyyətinə inteqrasiyası sahəsində həyata keçirilmiş tədbir və layihələr barədə ətraflı məlumat təqdim olunub.

Tədbirdə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Gürcüstan ombudsmanı Nino Lomcaria, digər rəsmi şəxslər, milli azlıqların təmsil olunduğu təşkilat nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ötən il Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə 806 azərbaycanlı abituriyent tələbə adını qazanıb. Onların 96 nəfəri 100%-lik qrantla ali məktəblərin gürcü dili üzrə hazırlıq kurslarında təhsil alırlar. Qrantın ümumi büdcəsi 225 min laridir (85 min dollar).

Hesabatda qeyd olunub ki, ötən il “1+4” proqramı ilə universitetlərə qəbul olan tələbələrin sayı illik müqayisədə 184 nəfər artaraq 1 231 nəfər təşkil edib.

Qeyd olunan proqram üzrə təhsil alan milli azlıqları təmsil edən 142 tələbə mərkəzi və yerli dövlət qurumlarında təcrübə proqramında iştirak ediblər.

Sənədə əsasən, ötən il Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrına 7 tamaşanın səhnəyə qoyulması üçün 215 min lari (81 min dollar), Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə isə 37 min lari (14 min dollar) məbləğində vəsait ayrılıb.

Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində ümmi dəyəri 318 627 lari (120 min dollar) olan 66 infrastruktur layihə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi