Gürcüstanda azərbaycanlı sabiq icra başçısı azadlığa buraxılıb

Gürcüstanda azərbaycanlı sabiq icra başçısı azadlığa buraxılıb Tbilisi. 13 dekabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov azadlığa buraxılıb.
Diaspor
13 Dekabr , 2018 18:22
Gürcüstanda azərbaycanlı sabiq icra başçısı azadlığa buraxılıb

Tbilisi. 13 dekabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov azadlığa buraxılıb.

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

Gürcüstanın Baş Prokurorluğundan T.Abazovun 10 min lari məbləğində girov müqabilində azad edildiyi bildirilib.

Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.

Son xəbərlər

Orphus sistemi