Gürcüstan prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

Gürcüstan prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb Tbilisi. 19noyabr. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib.
Diaspor
19 Noyabr , 2018 14:19
Gürcüstan prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

Tbilisi. 19noyabr. REPORT.AZ/ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, səfər çərçivəsində azərbaycanlıların sıx yaşadığı Qaracalar kəndində yerli sakinlərlə görüşüb.

S.Zurabişvili kənd sakinlərini narahat edən problemlərlə maraqlanıb: “Qarşıdakı seçkilərin nəticəsində yeni Gürcüstan qurulacaq və sizin bu işdə töhfəniz əhəmiyyətli olacaq. Mən sizin prezidentiniz olacağam və siz mənə problemləriniz barədə məlumat verə biləcəksiniz. Mən sizin dəstəyinizə yalnız seçkilərdə deyil, seçkilərdən sonra da ümid edirəm. Biz sizinlə güclü Gürcüstan quracağıq”. 

Son xəbərlər

Orphus sistemi