Gürcüstan prezidenti AŞPA-da müsəlman dünyasında ilk qadın deputat olmuş azərbaycanlı barədə danışıb

Gürcüstan prezidenti AŞPA-da müsəlman dünyasında ilk qadın deputat olmuş azərbaycanlı barədə danışıb “Gürcüstan gender bərabərliyi baxımından mütərəqqi ölkədir”.
Diaspor
28 Yanvar , 2020 17:43
Gürcüstan prezidenti AŞPA-da müsəlman dünyasında ilk qadın deputat olmuş azərbaycanlı barədə danışıb

“Gürcüstan gender bərabərliyi baxımından mütərəqqi ölkədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Gürcüstanın 1921-ci il konstitusiyası ilə kişi və qadınlar üçün bərabər aktiv və passiv seçki hüququ təmin edilmişdi: “O zaman yerli özünüidarəetmə orqanlarına ilk müsəlman qadın deputat olmaqla beş qadın seçilmişdi”.

S.Zurabişvili Gürcüstanın hər yerində cəmiyyətin bütün səviyyələrində kişilər və qadınlar üçün bərabər münasibət və imnkanlar yaratmaqla bağlı öhdəlik daşıdığını deyib.

Qeyd edək ki, Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı etnik azərbaycanlı Pərixanım Sofiyeva olub. O, müstəqil namizəd olaraq Tbilisi qəzasından seçilib. P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.

Son xəbərlər

Orphus sistemi