Gürcüstan parlamentinin azərbaycanlı deputatı fraksiyasını dəyişib

Gürcüstan parlamentinin azərbaycanlı deputatı fraksiyasını dəyişib Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev təmsil olunduğu “Gürcü Arzusu – Mühafizəkarlar” fraksiyasını tərk edib.
Diaspor
25 Noyabr , 2019 16:47
Gürcüstan parlamentinin azərbaycanlı deputatı fraksiyasını dəyişib

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev təmsil olunduğu “Gürcü Arzusu – Mühafizəkarlar” fraksiyasını tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu parlamentin sədri Arçil Talakvadze büro iclasında bildirib.

Onun sözlərinə görə, R.Hacıyev “Gürcü Arzusu – Yaşıllar” fraksiyasına keçib.

Qeyd edək ki, Gürcüstan parlamentində çoxluq yeddi fraksiyadan ibarətdir. Fraksiyalarda hakim Gürcü Arzusu Partiyasının deputatları üstünlük təşkil edirlər.

Son xəbərlər

Orphus sistemi