Fuad Muradov: "Gürcüstan azərbaycanlıları üçün Azərbaycanın ali məktəblərində kvota ayrılacaq"

Fuad Muradov: "Gürcüstan azərbaycanlıları üçün Azərbaycanın ali məktəblərində kvota ayrılacaq" Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq.
Diaspor
3 Aprel , 2019 13:26
Fuad Muradov: Gürcüstan azərbaycanlıları üçün Azərbaycanın ali məktəblərində kvota ayrılacaq
Report
0 : 00
0 : 00

Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Dmanisi rayonunda yerli azərbaycanlılarla görüşdə deyib.

O bildirib ki, kvota üzrə universitetlərə qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar: “Kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib”.

F.Muradov qeyd edib ki, kvotanın ayrılması istiqamətində işlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi