Yuxarı

Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçiriblər - FOTO - YENİLƏNİB

​Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçirirlər

Tbilisidə Gürcüstan parlamentinin yaxınlığında Qaracalar kənd sakinlərinin keçirdiyi aksiya başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarının bir neçəsi parlamentə dəvət olunub.

Parlament nümayəndəsi məsələnin diqqətdə saxlanılacağını bildirib. Qanunverici orqanın işlə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.


*** 12:20

Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə ölkə parlamentinin yaxınlığında etiraz aksiyası keçirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Qardabani rayonunun Qaracalar kəndinin bir qrup sakini iştirak edir.

Aksiyanın əsas tələbi iki il öncə kənddə saxlanılan üç gəncin məhkəmə işinə yenidən baxılması və onların cəzalarının yüngülləşdirilməsidir.

Qaracalar sakinləri məhkəmənin Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayevə qarşı çıxarılan 12 illik həbs cızasının ədalətsiz olduğunu bildiriblər. Onlar həmin gənclərin heç bir günahının olmadığını deyiblər.

Aksiyaçıların sözlərinə görə, oktyabrın 22-də Apellyasiya Məhkəməsində işə baxılacaq.

Qaracalar sakinləri məhkəmənin ədalətli olacağına ümid etmədiklərini söyləyiblər. 

Qeyd edək ki, ötən gün Qaracalar sakinləri eyni tələblə Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi