Yuxarı
    Bağlamaq

    Gürcü gənclər ​“Xocalıya ədalət!” imzatoplama aksiyasına qoşulub

    Bolnisi şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb

    Bakı. 25 fevral. REPORT.AZ/ “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstanın Bolnisi şəhərində soyqırımı qurbanlarının xatirəsi anılıb. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Marneuli Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin dəstəyi ilə Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə əsasən azərbaycanlı və gürcü gənclər, hər iki xalqı təmsil edən ziyalılar iştirak edib.

    Qətliam nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumat verilib. Bildirilib ki, məhz bu kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Kampaniya çərçivəsində artıq bir neçə ildir ki, Gürcüstanda da sistemli təbliğat işlərinin aparıldığı qeyd edilib.

    Anım mərasimində çıxış edən ziyalılar tədbirin əsas iştirakçısı olan gənclərə Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi, Dağlıq Qarabağ münaqişəsi və bu müharibənin ən dəhşətli qətliamı Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bir gecədə bütün şəhəri yer üzündən silən, dinc sakinləri isə işgəncələrlə qətlə yetirən Ermənistan hərbi birləşmələrinin vəhşilikləri haqqında gənclərlə müzakirələr aparılıb.

    Çıxış edənlər gürcü xalqının da Ermənistanın azərbaycanlıların qarşı həyata keçirdiyi soyqırıma biganə qalmadığını, baş verənlərlə əlaqədar dərin təəssüf hissi keçirdikərini deyib. Azərbaycan və gürcü ziyalıları tezliklə dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərinə laqeyd qalmayacağına, Xocalıya ədalətin bərpa olunacağına, bu dəhşətli qətliamın günahkarlarının cəzalandırılacağına inandıqlarını vurğulayıb.

    Tədbirdə iştirak edən çox sayda gürcü gənc “Xocalıya ədalət!” imzatoplama aksiyasına qoşularaq azərbaycanlı gənclərlə həmfikir olduqlarını nümayiş etdiriblər.

    Qeyd edək ki, Gürcüstanda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində elan olunmuş Xocalı ayı ərzində ölkənin 9 regionunda müxtəlif səpkili tədbirlər keçirilməkdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi