Yuxarı

Gürcü deputatlar: “Təəssüflər olsun ki, Novruzu azərbaycanlılarla birgə qeyd edə bilmirik”

​Gürcü deputatlar: “Təəssüflər olsun ki, Novruzu azərbaycanlılarla bir

Gürcüstanın Dmanisi və Bolnisi rayonlarından olan deputatlar Kaxaber OkriaşviliQoqi Meşveliani azərbaycanlı həmvətəndaşlarını Novruz bayramı münasibətilə təbrik ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, parlament üzvləri bu bayramın sevincinə qoşulduqlarını bildiriblər.

Deputatlar qeyd ediblər ki, Gürcüstanda Novruz bayramının qeyd olunmasının unikal adəti var və bu bayram ölkədə uzun illər dövlət bayramı səviyyəsində keçirilir: “Təəssüflər olsun ki, bütün dünya kimi bizim ölkə də koronavirusla bağlı sınaqla üzləşib. Buna görə də əvvəlki illərdə olduğu kimi Novruzu sizinlə birgə qeyd edə bilmirik. Lakin biz inanırıq ki, tezliklə bu sınağın öhdəsindən gələcəyik”.

K.Okriaşvili və Q.Meşveliani azərbaycanlılara və Gürcüstana uğurlar, çiçəklənmə və firəvanlıq arzulayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi