Yuxarı

Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır

Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır
© Report — Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Bakı. 9 iyul. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sabah, iyulun 10-da Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür. 

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib. 

Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi