Yuxarı
    Bağlamaq

    Fuad Muradov: "Xaricdə yaşayan həmvətənlərimizlə bağlı Prezidentin ciddi tapşırıqları var"

    © Report/ Elchin Murad

    Bakı. 24 aprel. REPORT.AZ/ "Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bu, böyük etimad və məsuliyyətdir".

    Bunu "Report"a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov deyib.

    O bildirib ki, sədri olduğu Dövlət Komitəsi tərəfindən bütün tapşırıqlar dərhal yerinə yetiriləcək: "Biz bu istiqamətdə öz işimizi davam etdirəcəyik. Xaricdə yaşayan həmvətənlərimiz, uzun müddətdir Azərbaycandan kənarda yaşayan azərbaycanlılar Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək, qayğı və məhəbbət gözləyirlər. Bu istiqamətdə cənab Prezidentin ciddi tapşırıqları var. Biz birlikdə qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi