Yuxarı
    Bağlamaq

    Fuad Muradov Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgənin qubernatoru ilə görüşüb

    Dinlə
    © Report

    Tbilisi. 13 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb. 

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, deputat Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

    Q.Nemsadze bildirib ki, Gürcüstanın Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılar bölgə əhalisinin 45 faizini təşkil edir: "Onlar həm bu bölgənin, həm də Gürcüstan dövlətinin möhkəmlənməsində mühüm rol oynayırlar. Gürcüstan dövləti onlara öz mədəniyyətlərini, dil və adət-ənənələrini inkişaf etdirmələri üçün hər cür şərait yaradır".

    Qubernator deyib ki, Azərbaycan Gürcüstanın yaxın qonşusu və dostudur: "Biz hər zaman ağır günlərimizdə qardaş Azərbaycan xalqının köməyini və dəstəyini hiss etmişik. Ona görə də Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarıq. Azərbaycanın və Gürcüstanın regionları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var. İstərdik ki, Azərbaycandan olan iş adamları, investorlar bu bölgəyə sərmayə yatırsınlar". 

    Q.Nemsadze SOCAR-ın Gürcüstan ərazisində, xüsusilə də bu regionda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

    F.Muradov isə öz növbəsində, bildirib ki, tarixən qonşu və dost olan iki xaq arasında heç bir zaman ciddi problem və ya münaqişə olmayıb: "Bu öz-özlüyündə çox böyük göstərici və nümunədir. Ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əmədaşlığın inkişafına geniş imkanlar yaradır. Kvemo Kartli bölgəsi zəngin mədəniyyətə, kənd təsərrüfatı və turizmin inkişafı üçün geniş imkanlara malikdir. Azərbaycan, xüsusilə də mədəni layihələrin həyata keçirilməsində zəngin təcrübəyə malik olan Heydər Əliyev Fondu bu regionda mədəni irsin qorunması, bərpası ilə bağlı layihələrə yardım göstərə bilər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da, öz növbəsində, bu işlərə xüsusi diqqət yetirir".

    Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan və Gürcüstanın bölgələri arasında əməkdaşlığın genişlənməsi və sərmayə qoyuluşunda maraqlıdırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi