Yuxarı

Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfirinə təşəkkür edib

Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfirinə təşəkkür edib

“Səfirlik bir vətəndaş olaraq mənə sahib çıxdı. Mən həbsdə olanda ailəmin yanında oldular. Buna görə də Azərbaycanın Rusiyadakı səfirliyinə, xüsusilə səfir Polad Bülbüloğluna bir daha dərin minnətdarlığımı bildirirəm”.

“Report” xəbər verir ki, bu fikirləri Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən sifarişli həbs edildiyi barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib: “Həbsimi düşmənlərimiz sifariş etdilər və bunun üçün lazım olan bütün vəsaitləri öz üzərlərinə götürdülər”. 

F.Abbasov daha sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadəyə də təşəkkür edib.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi