Yuxarı

Fransanın Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Novruz bayramı qeyd olunub

Fransanın Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Novruz bayramı qeyd olunub

Fransanın Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) Azərbaycan dili üzrə təhsil alan tələbələrin təşəbbüsü və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Novruz bayramı keçirilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, İnstitutun tələbə və müəllim kollektivi üçün Novruz süfrəsi təşkil edilib.

İNALCO-da Azərbaycan dilini, ədəbiyyat və mədəniyyətimizi öyrənən tələbələr və bu təhsil ocağında Azərbaycan dilini tədris edən müəllim Aygün Eyyubova qonaqlara nəsildən-nəsilə ötürülən Novruz adətləri, mənəvi dəyərləri haqqında məlumat verib, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini, tolerantlıq ənənənərini aşıladığını qonaqların diqqətinə çatdırıblar. Azərbaycanın adət-ənələrinə, coğrafi mövqeyinə, mədəniyyətinə göstərdikləri böyük marağı nəzərə alaraq, təşkilatçılar ölkəmiz Azərbaycandakı tolerantlıq, multikulturalizm ənənələri və digər reallıqları haqqında qonaqlara ətraflı məlumat veriblər.

Bayram tədbirində Azərbaycana aid stend də təşkil edilib. Novruza aid eksponatlar nümayiş etdirilib. Tədbirdə Azərbaycan rəssamlarının Novruza aid çəkdiyi bir sıra əsərləri sərgilənib ki, böyük marağa səbəb olub.

Fransanın Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu 1795-ci ildə yaradılıb. Dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan İNALCO-tədris ocağında 100-dən artıq dil tədris olunur. Azərbaycan dili 1999-ci ildən tədris edilir. İnstitutun BULAC adlı kitabxanasında Azərbaycan bölməsi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi