Yuxarı

Fransadakı Azərbaycan diasporu terror aktı qurbanlarının xatirəsini yad edəcək

Mirvari Fətəliyeva: Fransızlarla həmrəy olduğumuzu göstərmək vacibdir

Bakı. 8 yanvar. REPORT.AZ/ Fransadakı Azərbaycan diasporu yanvarın 7-də Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasında baş vermiş terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. 

Fransa Azərbaycanın Dostları Təşkilatının rəhbəri Mirvari Fətəliyeva "Report"a bildirib ki, diaspor bu hücum nəticəsində ölənlərin xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etmək, eləcə də baş verənlərdən narahatlığını ifadə etmək niyyətindədir: "Biz baş verənlərdən dəhşətə gəlmişik. Fransızlarla həmrəy olduğumuzu göstərmək vacibdir".

M.Fətəliyeva gələcəkdə bu cür zorakılıq aktlarının baş verməməsinə ümidvar olduğunu deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi