Fransada Azərbaycanın elmi diasporu yaradılır

Fransada Azərbaycanın elmi diasporu yaradılır Fransada Azərbaycanın elmi diasporunun ilk görüşü keçiriləcək.
Diaspor
3 Dekabr , 2019 15:39
Fransada Azərbaycanın elmi diasporu yaradılır

Fransada Azərbaycanın elmi diasporunun ilk görüşü keçiriləcək. 

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycanın elmi diasporunun ilk toplantısı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə dekabrın 14-də Parisdə baş tutacaq. 

Görüşdə Fransanın elm ocaqlarında elmi iş yazan və bu titulu artıq əldə etmiş həmvətənlərimiz iştirak edəcəklər. 

Toplantının məqsədi Fransada Azərbaycanın elmi diasporunun əsaslarını qoymaq, azərbaycanlı doktor və doktorantları bir araya gətirmək, onların vəziyyəti ilə tanış olmaqdır. 

Görüşə magistr tələbələr də qatılacaqlar.

Son xəbərlər

Orphus sistemi