Fəxri konsul Azərbaycandan Ukraynaya çoxmilyonluq investisiya haqqında məlumatı təkzib edib

Fəxri konsul Azərbaycandan Ukraynaya çoxmilyonluq investisiya haqqında məlumatı təkzib edib Əfqan Salmanov: "Şəkər zavodunda yenidənqurma işləri Türkiyə şirkətindən lizinqə götürüləcək avadanlıq vasitəsilə həyata keçiriləcək"
Diaspor
15 Yanvar , 2016 14:57
Fəxri konsul Azərbaycandan Ukraynaya çoxmilyonluq investisiya haqqında məlumatı təkzib edib

Bakı. 15 yanvar. REPORT.AZ/ "Azərbaycandan Ukraynanın Sumı vilayətinə 50 milyon ABŞ dolları həcmində investisiyanın ayrılması məlumatı həqiqəti əks etdirmir". Bunu "Report"a Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov deyib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın bəzi saytları azərbaycanlı investorların Ukraynanın Sumı vilayətinin Romensk rayonunda illik emal gücü 220-250 min ton olacaq və 22 milyon dollar investisiya hesabına başa gələcək soya emalı zavodu açacağını yazmışdı. Bundan əlavə, guya Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun həmsahibi olduğu "Jovtnevıy şəkər zavodu"nun da əlavə 30 milyon ABŞ dolları məbləğində sərmayə əldə edəcəyi xəbər verilmişdi.

Konsulun sözlərinə görə, şəkər zavodunda yenidənqurma işləri Türkiyə şirkətindən 5-7 illiyə lizinqə götürüləcək avadanlıq vasitəsilə həyata keçiriləcək.

"Soya istehsalı zavoduna gəlincə, mənim onunla heç bir bağlılığım yoxdur", - Ə.Salmanov bildirib.

Son xəbərlər

Orphus sistemi