Yuxarı
    Bağlamaq

    Ermənilərin qətlə yetirdiyi iki yaşlı Zəhra Quliyeva ilə bağlı Haaqada etiraz aksiyası keçiriləcək

    Aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub

    Bakı. 6 iyul. REPORT.AZ/ Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Allahverdiyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aksiyada “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatiləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq. Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

    Qeyd edək ki, artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi