Yuxarı

Emil Mirzəyev: "Məqsədim İsveç parlamentinə seçilmək və Azərbaycanın maraqlarına lobbiçilik etməkdir"

Emil Mirzəyev: "Məqsədim İsveç parlamentinə seçilmək və Azərbaycanın maraqlarına lobbiçilik etməkdir"
İsveç Azərbaycanlıları Konqresinin sədri İsveç parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək

Kiyev. 16 yanvar. REPORT.AZ/ İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev 2018-ci ildə İsveçdə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

Bu barədə Emil Mirzəyev "Report"a açıqlamasında bildirib.

Onun adı 2017-ci ilin dekabr ayında təsdiq olunacaq Demokratlar Partiyasının proporsional seçki siyahısına daxil edilib.

"Əsas məqsədim seçilmək və İsveçdə Azərbaycanın və azərbaycanlıların maraqlarına lobbiçilik etməkdir" - o vurğulayıb.

E.Mirzəyev 2014-cü il parlament seçkilərində partiyasının ehtiyat namizədləri siyahısında olub.

Qeyd edək ki, E.Mirzəyev 2004-cü ildən İsveçdə yaşayır, 2007-ci ildən isə İsveç vətəndaşlığını qəbul edib. O, 2010-cu ildən İsveç Azərbaycanlıları Konqresinin sədri vəzifəsində çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi