Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası hər il keçiriləcək

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası hər il keçiriləcək "Bu iclaslar ya Azərbaycanda, ya da xarici ölkələrdə keçirilə bilər”
Diaspor
4 İyun , 2016 17:11
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası hər il keçiriləcək

Bakı. 4 iyun. REPORT.AZ / Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ildə bir dəfə iclası keçiriləcək.

"Report"un məlumatına görə, bunu Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. 

Komitə sədri qurultay nümayəndələrinin bu istiqamətdə təkliflərinin məqbul sayıldığını açıqlayıb: “Biz bu təklifi qəbul etdik. Bu iclaslar ya Azərbaycanda, ya da xarici ölkələrdə keçirilə bilər”.

Son xəbərlər

Orphus sistemi