Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, kitabda böyük mütəfəkkirin rus dilinə tərcümə olunan şeirləri yer alıb.
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan diaspor nümayəndəsi Feyzi Ağayevin dəstəyi ilə hazırlanan kitabın təqdimat mərasiminə Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi, elm və ədəbiyyat xadimləri, musiqiçilər, jurnalistlər qatılıb.
Tədbirdə çıxış edənlər böyük mütəfəkkirin yaradıcılığının zənginliyindən, dövlət səviyyəsində İmadəddin Nəsiminin irsinə verilən dəyərdən danışıblar. Bildirilib ki, Prezident
“Mərhaba: seçilmiş əsərlər” adlı kitabın da “Nəsimi ili”nə ən yaxşı töhfələrdən biri olduğu qeyd olunub.
Tədbirdə Nəsiminin qəzəlləri və bu qəzəllərə bəstələnmiş əsərlər dinlənilib.
Daha sonra Feyzi Ağayevə və kitabın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə plaketlər təqdim edilib.
Sonda Azərbaycanəsilli tanınmış musiqiçi Sami Yusifin ifasında İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında çəkilən musiqili kompozisiya nümayiş olunub.