Donald Tramp və Berni Sanders Miçiqanda praymerizin liderləridir

Donald Tramp və Berni Sanders Miçiqanda praymerizin liderləridir ABŞ-ın Miçiqan ştatında keçirilən ilkin seçimlərdə demokratların və respublikaçıların liderləri müəyyən olnunub
Diaspor
9 Mart , 2016 06:17
Donald Tramp və Berni Sanders Miçiqanda praymerizin liderləridir

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında keçirilən ilkin seçimlərdə (parymerizdə) demokratların və respublikaçıların liderləri müəyyən olnunub. "Report" CNN-ə istinadən xəbər verir ki, respublikaçılarda milyarder Donald Tramp qalib gəlir. Demokratlarda isə Berni Sanders Hillari Klintonu qabaqlayır.

Səslərin yarısından çoxunun hesablanması nəticəsində məlum olub ki, demokratlarda Barni Sanders səslərin 50.4%-ni toplayıb. Hillari Klinton isə 47.6% səs yığıb.

Respublikaçılar partiyasından namizəd olan Donald Tramp seçicilərin 37.8%-nin səsini toplayaraq qalibiyyətə çox yaxındır. O, Ohayo ştatının qubernatoru Con Keysiki (25.6%), Texasın senatoru Ted Kruzu (22.7%) və senator Marko Ruboinu (9.0%) qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi