Yuxarı
    Bağlamaq

    Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib - FOTO

    Dinlə
    © Report

    Bakı. 17 may. REPORT.AZ/ İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.

    Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

    Məlumata görə, Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək. 

    Qeyd edək ki, Vəsilə Vahidqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də, Space TV-də və “İnternyus-Azərbaycan” şirkətində çalışıb.

    "Azərbaycan teleməkanında kanal reytinqinin müəyyənləşdirilməsində sosial-psixoloji amillər (İTV-nin təcrübəsi əsasında)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur.

    2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

    Həsən bəy Zərdabi mükafatı laureatıdır.

    V.Vahidqızı bu təyinata qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Anons şöbəsinin rəisi vəzifəsində işləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi