Yuxarı
    Bağlamaq

    ​Azərbaycan diasporunun rəhbəri İğdırda ermənicə “Xoş gəlmisiz” yazısına etiraz edib

    Bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsi tələb olunub

    Bakı. 6 oktybar. REPORT.AZ/ Türkiyədə İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə, erməni dilində də “Xoş gəlmisiz” yazılmasına etirazlar davam edir. "Report"un məlumatına görə, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat mərkəzi məlumat yayıb.

    Mərkəzi İstanbulda yerləşən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdır valisi Davut Haneyi ilə görüşərək məsələ ilə bağlı öz etirazını bildirib. Bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsini tələb edən diaspor rəhbəri təşkilatın etiraz məktubunu valiyə çatdırıb.

    Etiraz məktubunda bildirilib ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub, yaxın keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək, on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı şəhərində bir gecədə 613 dinc sakin soyqırıma məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin düşüb. Avropa və dünya ictimaiyyətinin bu soyqırıma, insanlıq əleyhinə cinayətə biganə münasibətini vurğulayan S.Qaraqoyunlu Türkiyə və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə həllini tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi