Azərbaycanlı diaspor rəhbəri dünyasını dəyişib

Azərbaycanlı diaspor rəhbəri dünyasını dəyişib O, Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinə rəhbərlik edib
Diaspor
10 Aprel , 2015 11:07
Azərbaycanlı diaspor rəhbəri dünyasını dəyişib

Bakı. 10 aprel. REPORT.AZ/  Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinin rəhbəri, "Mila" firmasının direktoru, tanınmış iş adamı Söhrab İbrahimov uzun sürən xəstəlikdən sonra aprelin 9-da 41 yaşında vəfat edib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Söhrab İbrahimov 1974-cü ilin iyulun 10-da Laçın rayonunun Alqulu kəndində doğulub. Rusiya Beynəlxalq Biznes və Yeni Texnologiyalar Akademiyasının hüquq fakültəsini bitirib. Yaroslavlda bir sıra vəzifələrdə çalışan Söhrab İbrahimov uzun illərdi sahibkarlıq fəaliyyəti ilə məşğul idi.

Söhrab İbrahimov 2009-cu ilin yanvarından Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl Vilayəti üzrə regional bölməsinə sədrlik edir. Yaroslavlda Azərbaycanla bağlı bir çox tədbirlərin keçirilməsində böyük rolu olan Söhrab İsmayılov vilayətdə Azərbaycan diasporunun təşkilatlanması prosesində də yaxından iştirak edib.

Diaspor rəhbəri eyni zamanda "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının Yaroslavl şəhəri üzrə və Rusiya Xalqlar Assambleyasının Yaroslavl vilayəti üzrə Şuralarının üzvü idi.

Üç uşaq atası olan S.İbrahimov Bakıda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi