Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edilib

Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edilib Parkda müşahidə kameraları quraşdırılıb
Diaspor
24 Noyabr , 2017 17:26
Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edilib
Report

Moskva. 24 noyabr. REPORT.AZ/ Dağıstan Respublikasının Dərbənd Şəhər Administrasiyası Nizami Gəncəvinin heykəlini və ətrafdakı parkı bərpa edib.

Bu barədə "Report"un Rusiya bürosuna Dərbənd azərbaycanlılarının yerli Milli-Mədəni Muxtariyyatının rəhbəri Telman Hacəliyev deyib.

T.Hacəliyevin sözlərinə görə, onların şəhər meriyasına müraciətləri diqqətsiz qalmayıb.

"Heykəl bərpa edilib, yeni şam ağacları əkilib, parkın ərazisi təmizlənib. Ən əsası isə burada müşahidə kameralarının quraşdırılmasıdır ki, bu da hər hansı dələduzun hərəkətlərini ifşa etməyə kömək edəcək", - o deyib.

Xatırladaq ki, bu ilin noyabrın 15-nə keçən gecə naməlum şəxslər Dərbənddə Nizami Gəncəvinin heykəlinə və onun yerləşdiyi parka ziyan vurublar. Hadisəni törədənlər hələ ki, müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi