Yuxarı

BUAK Odessadakı azərbaycanlı tələbələrə yardım etdi

BUAK Odessadakı azərbaycanlı tələbələrə yardım etdi

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Odessa nümayəndəliyi bu şəhərdə müvəqqəti yaşayan azərbaycanlı tələbələrə və digər soydaşlarımıza ərzaq yardımı göstərib. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

BUAK-ın işçi qrupu dəstəyin göstərilməsində iştirak edən iş adamlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, ölkələrimiz arasında uçuşların dayandırıldığı martın 17-dən Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış Operativ qərargahla sıx əməkdaşlığa başlayan BUAK bütün region sədrlərini, mərkəzi idarə heyətinin üzvlərini çətinliklə qarşılaşmış soydaşlarımızın dəstək kampaniyasına cəlb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi