Yuxarı

Brüsseldə Xocalı faciəsinin növbəti ildönümü qeyd edilib

Konfrans və sərgi Belçikada fəaliyyət göstərən türkdilli mətbuatda geniş şəkildə işıqlandırılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Belçika Krallığının Gent şəhərində “Azərbaycan-Belçika Dostluq Cəmiyyəti”, “Gent Türk Ocağı”, “Met Steun van FZO-VL” təşkilatı (Öz Dərnəklər Federasiyası) və TÜRKSAM-ın təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümü sərgi və konfransla yad edilib. Bu barədə "Report"a Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən məlumat verilib.

Konfransda çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi qiymətləndirib. Səfir son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqət yönəldib və bunun Azərbaycan xalqının sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.

Konfransda çıxış edən Türkiyənin Antverpen şəhərindəki konsulu A.Sevim, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri A.Dəmirçi və digər təşkilat rəhbərləri Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıblar. Natiqlər Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd edib. Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Konfrans və sərgi Belçikada fəaliyyət göstərən türkdilli mətbuatda geniş şəkildə işıqlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi