Brüsseldə ​20 Yanvar şəhidləri yad edilib

Brüsseldə ​20 Yanvar şəhidləri yad edilib Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb
Diaspor
21 Yanvar , 2016 11:05
Brüsseldə ​20 Yanvar şəhidləri yad edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Brüsseldəki mənzil qərərgahında 20 Yanvar şəhidləri anılıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətində məlumat verilib. Tədbirdə Azərbaycan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Azərbaycan Respublikasının Belçikada akkreditə olunmuş diplomatları, BAK üzvləri, Benilüks ölkələrində təhsil alan tələbələr və digər təşkilatların nümayəndələri iştirak edib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra mərasimi giriş sözü ilə açan BAK-ın prezidenti Sahil Qasımov 1990-cı il yanvarın 20-də baş verən hadisələr haqqında mərasim iştirakçılarına məlumat verib.

Daha sonra Fuad İsgəndərov 20 Yanvar hadisələrinin siyasi əhəmiyyəti haqqında danışıb, gənclərə öz tövsiyələrini verib. Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Azərbaycan xalqının bu hadisələr zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıb.

BAK-ın idarə heyətinin üzvləri Sima Cəfərova və İlham Babayev də cıxış edərək 20 Yanvar hadisələri haqqında xatirələrini danışıb. 

Son xəbərlər

Orphus sistemi