“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Albaniyada keçirilən konfransa qatılıb

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Albaniyada keçirilən konfransa qatılıb Təşkilatın hesabatı təqdim olunacaq
Diaspor
9 Dekabr , 2014 13:43
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Albaniyada keçirilən konfransa qatılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Albaniyada keçirilən Dünya Gənclər Birliyinin (World Assembly of Youth) XVI Baş Məclisinin “Gənc Liderlərin Uğurları: Keçmiş və Gələcək” mövzusunda keçirilən iclasında iştirak edir. 

"Report" xəbər verir ki, paytaxt Tirana şəhərində keçirilən açılış mərasimində ABŞ İctimai Diplomatiya və ictimai işlər Departamentinin Qlobal Gənclik Məsələləri ofisinin məsləhətçisi Endrü Robens, Albaniyanın baş naziri Edi Rama, sosial işlər və gənclər naziri Erion Veliaj, təşkilatın prezidenti Datuk Seri İdris Haron iştirak edib.

Konfransda “liderlikdə gənclər bərabərliyi”, “iqtisadi inkişaf prosesində liderliyin gücü”, “liderliyin inkişafında gənclər təşkilatlarının rolu”, “gənc nəslin formalaşmasında keçmiş liderlərin rolu” mövzularında plenar iclaslar keçirləcək. Təşkilatın hesabatı təqdim olunacaq, yeni prezident seçkiləri keçiriləcək və təşkilatın gələcək strateji planı açıqlanacaq.

“Böyük İpək Yolu” BGİ-ni katibliyin nümayəndəsi Aytən Əliyeva və təşkilatın Albaniyadan olan üzvü təmsil edir.

7 dekabrda öz işinə başlamış konfrans dekabrın 11-də öz işini yekunlaşdıracaq.

“Dünya Gənclər Birliyi” 1949-cu ildə yaradılıb. Qurumda 124 ölkə təmsil olunur.

“Böyük İpək Yolu” BGİ 2012-ci ildə Bakıda ipək yolu üzərində yerləşən 27 ölkəni təmsil edən gənclər tərəfindən təsis olunub.

Son xəbərlər

Orphus sistemi