Bosniya və Hersoqovina Prezidenti: “Bakı platformu müsbət təşəbbüslərin irəli sürüldüyü məkandır”

Bosniya və Hersoqovina Prezidenti: “Bakı platformu müsbət təşəbbüslərin irəli sürüldüyü məkandır” "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük və müsbət təsirə malik mühüm bir Forumun əsasını qoydu"
Diaspor
28 Fevral , 2017 11:20
Bosniya və Hersoqovina Prezidenti: “Bakı platformu müsbət təşəbbüslərin irəli sürüldüyü məkandır”

Bakı. 28 fevral. REPORT.AZ/ “Böyük çətinliklərin olduğu bir dövrdə bizi sülhün, tərəqqi və ədalətin olduğu dünyaya bir addım daha yaxınlaşdıran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir”. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Mladen İvanıç martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumu ilə bağlı verdiyi açıqlama belə deyib. 

O, bildirib ki, Bakı platformu bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir və ən önəmlisi müsbət təşəbbüslərin irəli sürüldüyü bir məkandır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük və müsbət təsirə malik mühüm bir Forumun əsasını qoyduğunu vurğulayan M.İvanıç əlavə edib ki, biz də öz növbəmizdə bütün səylərimizi bu potensialın reallaşması naminə səfərbər etməliyik: “Mən Nizami Gəncəvi irsinin tədqiqi üçün yaradılmış şərait və qlobal Bakı Forumuna öz töhfəmi verməyim üçün mənə verilmiş bu fürsətə görə qürur duyur və bununla fəxr edirəm” – deyə prezident bildirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumunda Bosniya və Hersoqovina da daxil olmaqla altı ölkənin dövlət başçısı iştirak edəcək. Ümumulikdə isə forumun işində 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi