Yuxarı

Bosniya və Herseqovinada Qlobal Bakı Forumuna hazırlıq toplantısı keçiriləcək

Toplantıda 20-dən çox sabiq dövlət və hökümət rəhbərlərinin iştirakı gözlənilir

Bakı. 15 avqust. REPORT.AZ/ Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumlarının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı 22-24 noyabr tarixində Bosniya və Herseqovinada Mladen İvaniçin himayəsi ilə keçiriləcək IX Ali səviyyəli toplantı haqqında məlumat verilib, toplantıya hazırlıq məsələləri müzakirə olunub. 

Qeyd edək ki, toplantıda Bolqarıstan, Makedoniya, Monteneqro, Albaniya prezidentleri də daxil olmaqla 20-dən çox sabiq dövlət və hökümət rəhbərlərinin iştirakı gözlənilir. Toplantı 2017-ci ildə keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç daha öncə keçirilən Qlobal Bakı Forumlarında iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi