Yuxarı
    Bağlamaq

    ​Bolqarıstan prezidenti Azərbaycanın Dövlət Komitəsinin sədrini qəbul edib

    Sofiyanın Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğu vurğulanıb

    Bakı. 8 oktyabr. REPORT.AZ/  Bolqarıstan Prezidenti Rosen Plevneliev Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib. Bu barədə "Report"a DİDK-nin mətbuat xidmətindən məlumat verilib. Prezident Rosen Plevneliyev rəsmi Sofiyanın Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

    Prezident qeyd edib ki, Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin təşəbbüsü ilə həyata keçirilən layihələri təqdir etdiyini diqqətə çatdırıb.
    N.İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə, Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.
    Qəbulda gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.
    N.İbrahimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu foruma xüsusi əhəmiyyət verdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb. O, qeyd edib ki, məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində bu forum qlobal problemlərin müzakirə edildiyi mühüm bir platformaya çevrilib. Bolqarıstanın dövlət başçısı Qlobal Bakı Forumunun IV toplantısının müasir dünyanın qlobal problemlərinin həllinə töhfə verəcəyinə ümid etdiyini, böyük məmnuniyyətlə Forumda iştirak etmək arzusunda olduğunu qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi