Yuxarı
    Bağlamaq

    Bir neçə ölkənin indiki və sabiq xarici işlər nazirləri Bakıya gələcəklər

    Onlar V Qlobal Bakı Forumunda iştirak edəcəklər

    Bakı. 27 fevral. REPORT.AZ/ Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri Bakıya gələcəklər.

    Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Dövlət Komitəsindən bildirilib ki, xarici işlər nazirləri V Qlobal Bakı Forumunda iştirak edəcəklər.

    Tədbirdə Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə forumda təmsil olunan İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcək.

    Diplomatlar forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyini, bu münasibətlərin nizama salınnasında zəruri olan ittifaqların qurulmasını, terrorizmlə mübarizənin yollarını, transatlantik münasibətlərin gələcəyini, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərini müzakirə edəcək, qlobal problemlərin həll yolları barədə təkliflərini səsləndirəcəklər.

    Qeyd edək ki, V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi