Yuxarı

Benilüks Azərbaycanlıları Konqresinin IV qurultayı keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin IV qurultayı keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Benilüks Azərbaycanlıları Konqresinin Hollandiyanın Amsterdam şəhərində keçirilən IV qurultayında iştirak edib. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin təşkili zəruriliyinin vurğulandığı qurultayda Elsəvər Məmmədov Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib.

Qurultaydan sonra Hollandiyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Haaqadakı Azərbaycan səfirliyində keçirilən görüşdə tələbələrə diaspor fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar verilib. Dövlət Komitəsi tərəfindən hazırlanmış promovideolar, görülən işlərə dair videoçarx təqdim edilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Tələbələr diaspor fəaliyyətinə dəstək verməyə və ölkəmizə dair həqiqətlərin daha geniş yayılmasında əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Nümayəndə heyətinin növbəti görüşü Hollandiyanın Ostervik şəhər meri Hans Janssen ilə keçirilib. Görüşdə diaspor fəaliyyəti, Azərbaycan diasporu, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı, şəhər merinə xatirə hədiyyələri təqdim edilib. Görüş iştirakçıları Hollandiyanın Milli Qəhrəmanı, II Dünya müharibəsinin iştirakçısı Məmməd Məmmədovun adını daşıyan küçəni və barelyefi ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi