​Benilüks Azərbaycanlıları Konqresi cəbhədə başverən hadisələrlə bağlı bəyanat yayıb

​Benilüks Azərbaycanlıları Konqresi cəbhədə başverən hadisələrlə bağlı bəyanat yayıb "Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaq"
Diaspor
4 Aprel , 2016 17:20
​Benilüks Azərbaycanlıları Konqresi cəbhədə başverən hadisələrlə bağlı bəyanat yayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Benilüks Azərbaycanlıları Konqresi (BAK) ermənilərin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bu barədə "Report"a Disporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib. 

Bəyanatda qeyd olunub ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib: Benilüks Azərbaycanlıları Konqresi kənd və yaşayış obyektlərinin ermənilər tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatlıq ifadə edərək bildirir ki, son hadisələrlə əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməldir". 

BAK bəyanatda son vəziyyətlə bağlı bir çox Avropa təşkilatlarını və Beynəlxalq Qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb.

Sənəddə həmçinin BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanıb: “Regionda sülhün, sabitliyin tərəfdarı olanlar bilməlidirlər ki, bölgədə sülh yalnız ermənilərin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etdikləri vaxtı mümkündür. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaq. 

BAK bəyanatının sonunda beynəlxalq qurumları Azərbaycanın haqq işini dəstəkləməyə, ikili standartlara yol verməməyə, BMT qətnamələrinin icrasının həyata keçirilməsinə yardımçı olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi