Yuxarı

Belçikadan üç azərbaycanlı ailə deportasiya olunub

Belçikadan üç azərbaycanlı ailə deportasiya olunub
Azərbaycanlılara məxsus ailələr artıq ölkədən çıxarılıblar

Belçika Krallığında üç azərbaycanlı ailə miqrasiya ilə bağlı saxta sənədləşdirmə ittihamı ilə ölkədən deportasiya olunublar.

“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan əsilli Ağayev Nemət (3 nəfər), Nisanov Avram (3 nəfər) və Məmmədov Şirinə (2 nəfər) məxsus ailələr ölkədən çıxarılıblar.

Ailələrdən biri Rusiya, digər ikisi isə Ukrayna vətəndaşıdır. Azərbaycanlı ailələr vətəndaşları olduqları ölkələrə göndəriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi